Seçicilər azad şəkildə səs verdiklərini deyirlər - SORĞU

Secki-2015.az saytı bu gün səs verən seçicilər arasında sorğu keçirib. 23 saylı Nəsimi - Səbail seçki dairəsinin 22 saylı seçki məntəqəsində səs verən Adil Hüseynov azad şəkildə səsvermə hüququndan istifadə etdiyini bildirib: "Səs vermək hər bir vətəndaşın hüququdur və biz də bu hüquqdan istifadə edirik. Səsimi istədiyim namizədə verdim". Həmin dairədə səs verən Balaxanım Fərəcova da səsvermə prosesindən razı olduğunu deyib: "Heç bir müdaxilə yoxdur, istədiyim namizədə azad şəkildə səs verdim". Rahim Quliyev də 22 saylı seçki məntəqəsində səs verib. O da azad şəkildə səsvermə hüququndan istifadə etdiyini deyir. "Hər şey normaldır. Hesab edirəm ki, hər bir vətəndaş öz səsindən istifadə etməli, gələcək taleyini özü müəyyənləşdirməlidir. Mən də məntəqəyə gəldim və heç bir müdaxilə olmadan, azad şəkildə səsimi verdim", - deyə seçici qeyd edib. 22 saylı Nəsimi seçki dairəsinin 24 saylı seçki məntəqəsində səs verən Rövşən Mirzəyev dənizçidir. O, səs vermək üçün gəmi ilə səfərə çıxmadığını deyir: "Bu gün gəlib səsimi verdim. Hesab edirəm ki, hər bir vətəndaş bu hüququndan istifadə etməlidir. Bu, həm də vətəndaşlıq borcudur". R. Mirzəyev qeyd edib ki, səs verərkən heç bir müdaxilə ilə qarşılaşmayıb. Həmin dairədən səs verən Fəxrəddin Kişiyev və Əlövsət Abbasov da azad şəkildə səsvermə hüququndan istifadə etdiklərini bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00