Səsvermə prosesini Secki-2015.az saytından canlı izləmək mümkündür

Səsvermə prosesini Secki-2015.az saytından canlı izləmək mümkündür. "Online izləmə" bölməsində müvafiq saylı dairə seçki komissiyasını seçdikdən sonra veb-kameraların quraşdırıldığı məntəqələrin siyahısı açılır. Vətəndaşlar siyahıda istədikləri məntəqəni seçərək səsvermənin gedişini gün ərzində canlı izləyə bilərlər.

Qeyd edək ki, Azərbaycanda seçki məntəqələrində veb-kameraların quraşdırılması praktikası 2008-ci ildən tətbiq olunur. Bu il seçki məntəqələrinin təxminən 20 faizində veb-kameralar quraşdırılıb.

Qeyd edək ki, seçkilər zamanı müdaxilə hallarının baş verməsinin qarşısını almaq məqsədilə tədbirlər gücləndirilib, 3 qat ehtiyatlılıq sistemi qurulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00