120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində seçicilər öz iradələrini sərbəst ifadə edirlər
1 Noyabr 2015 13:33 SiyasətCəbrayıl və Qubadlı rayonlarından olan məcburi köçkünlər bu gün ölkəmizdə keçirilən parlament seçkilərində yüksək fəallıq nümayiş etdirirlər. 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 23 saylı məntəqəsinin sədri Məhəmməd Misirov AZƏRTACA-a bildirib ki, məntəqə üzrə 580 seçici qeydiyyatdadır. Onlar öz namizədlərinə səs vermək üçün məntəqəyə gəlir, sərbəst seçimlərini edirlər. Bunun üçün hər cür şərait yaradılıb.
Qeyd edim ki, seçki dairəsi üzrə 7 namizəd deputat yeri uğrunda mübarizə aparır. Seçkilərin gedişi yerli müşahidəçilər tərəfindən də izlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00