Sergey Lebedev: “Azərbaycanda seçki ilə bağlı böyük iş görülüb”
1 Noyabr 2015 13:23 Siyasət"MDB-nin missiyası parlament seçkiləri ilə bağlı oktyabrın 14-dən Azərbaycanda monitorinqlər keçirir və ümumiyyətlə, müşahidəçilərdə seçkilərə hazırlıqla bağlı müsbət rəy formalaşıb". Bu fikirləri MDB-nin müşahidəçilər missiyasının rəhbəri, MDB-nin icraçı katibi Sergey Lebedev deyib. Onun sözlərinə görə, seçkilərə hazırlıqla məşğul olan bütün strukturlar seçkilərə tam hazırdır: "Mən həmkarlarımla da danışmışam, çoxları seçki məntəqələrindədir, vəziyyət normaldır, seçki komissiyalarının üzvləri və iştirakçıları seçiciləri qarşılamağa hazırdırlar". S.Lebedev bildirib ki, müşahidələrə əsasən, Azərbaycanda seçki ilə bağlı böyük iş görülüb: "Bu, seçkilərin normal və sakit keçəcəyinə təminat verir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00