Astarada səsvermə normal şəkildə davam edir

Milli Məclisə keçirilən növbəti seçkilərdə astaralı seçicilər fəallıq nümayiş etdirirlər. Secki-2015.az saytı xəbər verir ki, yağmurlu hava şəraitinə baxmayaraq, rayon sakinləri seçki məntəqələrinə gələrək layiq bildikləri deputatlığa namizədə səs verirlər. Məntəqə seçki komissiyasının sədri Hacıbala Ramazanovun verdiyi məlumata görə, məntəqədə 1416 nəfərin adı seçici siyahısına daxil edilib. Onlardan 17 nəfəri ilk dəfə səs verənlərdir. Seçki məntəqəsində veb-kamera quraşdırılıb.  Seçkilərin gedişini 15 yerli müşahidəçi, o cümlədən MDB Parlamentlərarası Beynəlxalq Müşahidə Missiyasının təmsilçisi Norbol Nadjimadinov da izləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00