“Müşahidələr zamanı qanun pozuntusu aşkar olunmayıb”

"Parlament 2015" Seçki Monitoriq Koalisiyasının 500 müşahidəçisi ölkənin 118 seçki dairəsində monitorinq aparır. Koalisiya üzvlərinin rəhbərliyi altında isə Bakının 30 seçki dairəsində müşahidə missiyası həyata keçirilir". Bu sözləri Koalisiyanın üzvü, Qarabağ Araşdırmalar Mərkəzinin sədri Elçin Əhmədov deyib. O qeyd edib ki, hazırda  rəhbərlik etdiyi müşahidəçi qrupu Abşeron rayonunda yerləşən seçki dairələrində monitorinqləri başa vurub. Növbəti ünvan Binəqədi rayonu ərazisindəki seçki dairələridir. Elçin Əhmədovun sözlərinə görə, məntəqələrdə seçici fəallığı var: "Aparılan müşahidələr zamanı hər hansı bir qanun pozuntusu aşkar olunmayıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00