11 saylı Cəzaçəkmə Müəssisəsində səsvermə keçirilir
1 Noyabr 2015 13:14 SiyasətƏdliyyə Nazirliyi Penitensiar xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində səsvermə keçirilir. APA-nın müəssisədə olan əməkdaşının verdiyi məlumata görə, 8 saylı Binəqədi I seçki dairəsinin 40 saylı seçki məntəqəsinin yerləşdiyi müəssisədə 994 seçici qeydiyyatdadır. İndiyə kimi 440 nəfərə yaxın seçici səsvermədə iştirak edib. Hər hansı qanun pozuntusu aşkar edilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00