Cənub bölgəsinin ən yaşlı seçicisinin 113 yaşı var
1 Noyabr 2015 13:13 SiyasətCənub bölgəsində Milli Məclisə keçirilən seçkilərdə iştirak edən ən yaşlı seçicinin 113 yaşı var. APA-nın cənub bürosunun məlumatına görə, Cəlilabad rayonunun Ağdaş kənd sakini, 1902-ci il təvəllüdlü Xavər Məmmədova Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 11 saylı seçki məntəqəsində ən layiqli namizədə səs verdiyini bildirib.
Qeyd edək ki, ən yaşlı seçicinin qatıldığı 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində 38 min 914 seçici 35 məntəqədə 389 nəfər müşahidəçinin iştirakı ilə 8 nəfər deputatlığa namizədə səs verəcək. Burada 634 nəfər səsvermədə ilk dəfə iştirak edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00