Beynəlxalq müşahidəçi: “Seçici aktivliyi var”

"Bu saata qədər apardığımız müşahidələrdə heç bir qanun pozuntusuna rast gəlməmişik". Bunu  saytına açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyasının üzvü Aqustin Conde deyib. A. Conde ikinci dəfədir ki, Azərbaycanda seçki prosesini izlədiyini bildirib: "Ölkənizdə inkişaf var. Seçki prosesinin təşkilində də xeyli irəliləyişlər müşahidə etdim. Seçici aktivliyi hiss olunur. İnsanlar səsvermə hüququndan həvəslə istifadə edirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00