Azərbaycanda 126 yaşlı seçici səsvermədə iştirak edib
1 Noyabr 2015 12:10 SiyasətAzərbaycanda 126 yaşlı seçici səsvermədə iştirak edib. Adı 89 saylı Göyçay-Ağdaş seçki dairəsi 24 saylı məntəqəsinin seçicilər siyahısında olan 1889-cu il təvəllüdlü Gözəl Dadaşovanın yaşadığı evə daşınan seçki qutusu gətirilib. O, evində səs verib.
Qeyd edək ki, G.Dadaşova 1889-cu ildə Şamaxının Sünni kəndində anadan olub. Hazırda Ağdaş rayonunun Qulbəndə kəndində yaşayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00