TürkPA müşahidə missiyasının rəhbəri: "İndiyədək gördüklərimiz seçkilərin açıq, şəffaf keçdiyini deməyə əsas verir"
1 Noyabr 2015 11:38 Siyasət"İndiyədək gördüklərimiz seçkilərin açıq, şəffaf keçdiyini deməyə əsas verir". Bunu TürkPA müşahidə missiyasının rəhbəri Serijkan Kanayev deyib. Onun sözlərinə görə, TürkPA seçkilərdə hələlik heç bir qanun pozuntusu müşahidə etməyib. "İki saat ərzində apardığımız müşahidələr nəticəsində seçici fəallığının şahidi olmuşuq", - deyə S. Kanayev bildirib. S. Kanayev qeyd edib ki, TürkPA müşahidəçiləri yalnız Bakıdakı seçki məntəqələrində müşahidə aparacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00