Xınalıq sakinləri səsvermədə fəal iştirak edir
1 Noyabr 2015 11:24 SiyasətŞimal regionunun ucqar yaşayış məntəqələrində hava şəraiti əlverişli olmasa da, seçici fəalığı müşahidə olunur. 52 saylı Quba seçki dairəsinin 64 saylı seçki məntəqəsi Xınalıq kəndində yerləşir. Seçki məntəqəsinin sədri Yunis Dəmirovun verdiyi məlumata görə, hazırda kənddə hava şəraiti qarlı olsa da, məntəqədə seçki prosesi aktiv şəkildə aparılır.
Qeyd edək ki, bu məntəqədə 751 nəfər seçici qeydiyyata alınıb. Onlardan 10 nəfərə yaxını ilk dəfə səsvermə hüququndan istifadə edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00