Salyan və Salyan-Neftçala Seçki Dairələrində seçkiləri 775 yerli müşahidəçi izləyir

Seçkiləri 59 saylı Salyan Seçki Dairəsi üzrə 494, Salyan-Neftçala Seçki Dairəsi üzrə 470 yerli müşahidəçi izləyir. Mil-Muğan bürosunun məlumatına görə, 59 saylı Salyan Seçki Dairəsi üzrə  Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu və Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Təşkilatı birgə 2 (1, 3 saylı MnSK), "ELS" Müstəqil Araşdırmalar Mərkəzi  isə 4 məntəqədə (14, 16, 19 və 22 saylı MnSK) "exit poll" keçirir. 60 saylı Salyan-Neftçala Seçki Dairəsi üzrə "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu və Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Təşkilatı birgə 2 (32, 33 saylı MnSK)  və "ELS" Müstəqil Araşdırmalar Mərkəzi isə 3 məntəqədə (3, 11 və 30 saylı MnSK)  "exit poll" keçirir.

Qeyd edək ki, 59 saylı Salyan Seçki Dairəsindən və 60 saylı Salyan-Neftçala Seçki Dairəsindən ayrılıqda 7 nəfər deputatlığa namizəd var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00