Somalidə mehmanxanaya hücumda 8 nəfər həlak oldu

Somalinin paytaxtı Moqadişo şəhərində 8 nəfərin ölümü ilə nəticələnən terror aktı baş verib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, terrorçular öncə şəhərin prestijli "Sahafi" otelinin qarşısında bomba yüklü maşın partladıblar sonra isə mehmanxananın ərazisinə daxil olaraq insanları atəşə tutublar.Somali rəhbərliyi terror aktının "Əş Şabab" qruplaşmasının işi olduğunu düşünür.   "Sahafi" mehmanxanası Somalinin rəhbər şəxslərinin asudə vaxtını keçirdyi mərkəz kimi tanınır.     

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00