Ağdaş rayon Dəhnə kəndində seçici fəallığı müşahidə olunur

90 saylı Ağdaş seçki dairəsinin 11 saylı məntəqəsində səsvermə prosesi normal şəraitdə gedir. Bunu açıqlamasında məntəqənin sədri Vasif Nəbiyev bildirib. O deyib ki, məntəqədə Dəhnə kəndi və Türyançay qəsəbəsi üzrə 1141 nəfər seçici qeydə alınıb ki, onlardan 21-i ilk dəfə səs verəcək. Havanın yağışlı olmasına baxmayaraq yüksək seçici fəallığı müşahidə olunur. Məntəqədə səsvermə prosesini veb-kameralar vasitəsilə onlayn izləmək mümkündür. Heç bir xoşagəlməz hal qeydə alınmayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00