Rusiyanın İnterfaks xəbər agentliyi seçkilərin monitorinqindən yazıb

Rusiyanın İnterfaks xəbər agentliyi Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı müşahidəçilərin iş prosesləri barədə məlumat yayıb. Seçkiləri 27 ölkədən 503 beynəlxalq müşahidəçi izləyir. Onların əksəriyyəti AŞPA, MDB, TürkPA, QDİƏT PA-nı təmsil edənlərdir. Ümumilikdə parlament seçkilərinin monitorinqini 40 beynəlxalq təşkilat aparır.  Agentliyin məlumatında bildirilir ki, seçkilərin şəffaf və demokratik keçirilməsini təmin etmək üçün məntəqələrdə veb-kameralar qurulub. Mərkəzi Seçki Komissiyasının informasiya mərkəzi gün ərzində - saat 10:00, 12:00 15:00 17:00 və 19:00-da seçkilərin gedişi barədə məlumatlar verəcək. Həmçinin qeyd olunur ki, 4-ü yerli təşkilat olmaqla, Fransa və  ABŞ-dan olan iki beynəlxalq təşkilat "exit-poll" keçirir.    

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00