19 saylı məntəqədə səsvermə aktiv şəkildə aparılır
1 Noyabr 2015 10:55 SiyasətSəhər saat 8-00-dan etibarən ölkə ərazisində səsvermə prosesinə start verilib. 29 saylı Səbail Seçki Dairəsində seçici fəallığı müşahidə olunur. Səsvermə dairə üzrə ümumilikdə 30 daimi seçki məntəqəsində aparılır. 19 saylı məntəqədə də səhər saatlarından seçicilər aktiv şəkildə səsvermədə iştirak edirlər. Məntəqənin sədri İlhamə Məlikovanın Secki-2015.az saytına verdiyi məlumata görə, məntəqədə 1292 seçici qeydiyyatdadır. Saat 10:00-a olan məlumata görə, 98 nəfər səsvermədə iştirak edib. Yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə keçirilən səsvermədə hər hansı qanun pozuntusu qeydə alınmayıb. Məntəqədə eyni zamanda veb-kamera quraşdırılıb, "Els" təşkilatının nümayəndələri "exit-poll" tədqiqatı aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00