Məntəqə sədri: “Seçici fəallığı yüksәkdir”

"Sәhәr saat 08.00-dan seçki qutuları müşahidәçilәrin iştirakı ilә möhürlәnib". Bunu Sәbail rayon 29 saylı seçki dairәsinin 4 saylı seçki mәntәqәsinin sәdri Lalә Әliyeva deyib. "Mәntәqәdә 1019 seçici qeydiyyatdadır, seçici fəallığı yüksәkdir. Sәsvermә üçün lazımi şәrait yaradılıb", - deyə o qeyd edib. L. Əliyeva bildirib ki, mәntәqәdә veb-kamera quraşdırılıb. Onun sözlərinə görə, indiyәdək məntəqədə 7 beynәlxalq müşahidәçi olub, 11 yerli müşahidәçi qeydiyyatdan keçib.

Qeyd edәk ki, mәntәqәdә "Rәy" vә "Els" monitorinq mәrkәzlәri tərəfindən "exit-poll" hәyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00