MSK ilk məlumatı açıqladı (FOTO)
Beş milyondan çox seçicidən 667 732 nəfəri seçkidə iştirak edib.
1 Noyabr 2015 10:48 SiyasətAzərbaycan Milli Məclisinə bu gün keçirilən seçkilərin gedişi ilə bağlı ilk rəsmi məlumat açıqlanıb. ANS PRESS-in məlumatına görə, Mərkəzi Seçki Komissiyası İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov ilkin məlumatı açıqlayıb. O, bildirib ki, saat 10:00-a qədər olan məlumata görə, respublika üzrə 667 732 seçici səs verib.Bu isə 12,8 faiz seçici fəallığı deməkdir.MSK rəsmisi Rüfət Gülməmmədov ilkin nəticələri açıqlayır.Artıq dövlət başçısı İlham Əliyev noyabrın 1-də ölkədə keçirilən növbəti parlament seçkisində səsvermə hüququndan istifadə edib. Prezident səsvermə hüququndan səhər saatlarında Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə istifadə edib.
Bu gün keçirilən seçkilərdə 125 deputat yeri uğrunda 767 namizəd mübarizə aparır. 5 siyasi partiya, 1 seçki bloku ,qruplar və fərdi şəkildə namizədlər iştirak edir.
5 milyon 200 minə yaxın seçici səsvermə prosesində iştirak edəcək. Ən çox namizəd olan dairədə 12, ən azı namizəd olan dairədə isə 3 namizəd var.
Seçkilərdə 15 siyasi partiya birbaşa partiya olaraq, 7 partiya isə "Azadlıq-2015" seçki bloku ilə iştirak edir. Ümumilikdə isə Milli Məclisdə bir yer uğrunda təxminən altı namizəd mübarizə aparır.