AŞPA müşahidə missiyasının rəhbəri: “Seçkilərdə müsbət atmosfer müşahidə olunur, indiyədək heç bir çatışmazlıqla qarşılaşmamışıq”
1 Noyabr 2015 10:34 Siyasət"Şəxsi nöqteyi-nəzərdən deyə bilərəm ki, indiyədək müsbət atmosfer müşahidə olunur və heç bir çatışmazlıqla qarşılaşmamışıq".APA-nın məlumaına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Müşahidə Missiyasının rəhbəri Jordi Çukla bildirib.J. Çukla deyib ki, AŞPA müşahidə missiyasının sayı məhdud olduğuna görə əllərindən gələni etməyə çalışırlar: "Biz yerlərdə vəziyyəti öyrənmək üçün bütün gün Mərkəzi Seçki Komissiyası və ölkə üzrə paylanan komandalarımızla əlaqə saxlayacağıq. Paytaxtdan kənar bir neçə komandamız var. Biz 32 müşahidəçidən ibarət komandayıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00