Səfir: “ABŞ Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına dair islahatlar planını dəstəkləyir”

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta maliyyə naziri Samir Şərifovla görüşüb. APA-nın səfirliyə istinadən verdiyi xəbərə görə, görüşdə maliyyə məsələləri və ABŞ-ın Azərbaycanla gələcək əməkdaşlığı müzakirə olunub. R. Sekuta ölkəsinin Azərbaycanın iqtisadi diversifikasiya və biznes mühitinin yaxşılaşdırılmasına dair islahatlar planına dəstəyini ifadə edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00