Ölkədə keçirilən istənilən seçkinin çox böyük əhəmiyyəti var

Seçki vətəndaşların dövlətin idarə olunmasında iştirakını özündə ehtiva edən hadisədir. Bu baxımdan ölkədə keçirilən istənilən seçkinin çox böyük əhəmiyyəti var. Dünyada gedən proseslər fonunda Azərbaycandakı seçki prosesinin gedişini normal hesab edirəm. Bu barədə Seçki-2015.az saytına açıqlamasında siyasi şərhçi Sədrəddin Soltan bildirib.

O, seçkiöncəsi xaricdən Azərbaycan əleyhinə aparılan şər-böhtan kampaniyasına da münasibət ifadə edib.  Qeyd edib ki, Azərbaycanda hər dəfə mühüm ictimai-siyasi hadisə, beynəlxalq əhəmiyyətli tədbirlər keçirilən zaman bu cür qərəzli bəyanatlar olur. O deyib: "Onların çıxışları o dərəcə də önəmli deyil. Əvvəlki fəaliyyətlərində ölkəmizə münasibətdə səmimi olmayanlar Azərbaycanla bağlı fikirlər söyləyirlər. Bu cür çıxışlar qəbuledilməzdir. Azərbaycan əksər dünya dövlətləri ilə bərabər səviyyədə əməkdaşlıq etmək istəyir. Eyni zamanda, Azərbaycan dünya ictimaiyyətindən ərazi bütövlüyünə hörmət göstərilməsini istəyir. Azərbaycanın bu ədalətli istəklərini yerinə yetirməyən qüvvələr ölkəmizə qarşısı ədalətsiz tələblər irəli sürürlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00