Müsavatçı: “Müsavatın başqa şansı yox idi”
30 Oktyabr 2015 14:54 Siyasət"Onlar guya bu addımları ilə iqtidara zərbə vurduqlarını düşünürlər. Amma yanılırlar. Sadəcə, sonuncu mitinqdə bir daha bəlli oldu ki, xalq onları dəstəkləmir. Daha da biabır olmamaq üçün geri çəkilməkdən başqa şansları yox idi".
Bunu Azadinform-a keçmiş müsavatçı Səxavət Əlisoy onların seçkilərdən geri çəkilməsinə münasibət bildirərkən deyib. O, qeyd edib ki, onlar bunu da lazımi qaydada həyata keçirə bilməyiblər və müəyyən olunmuş zamandan kənara çıxıblar: "Vaxtın uyğun olmadığını bilsələr də, belə qərar verməyə məcbur idilər. Çünki son mitinqdə 100-150 nəfər adam var idi. Onun da əksəriyyətinin öz yaxınları olduğunu nəzərə alsaq, deməli, hər sey aydındır. Ümid edirdilər ki, yer qazana biləcəklər. Amma etibarsız adamlar olduqlarına görə heç kim onlara inanmır. Heç partiyanın əsas simaları da mitinqə qatılmamışdı. Bəlkə də orada 5000 - 10000 adam olsaydı, geri çəkilməzdilər. Sanki mitinq yox, piket keçirirdilər. Daha da biabır olmamaq üçün əhəmiyyətsiz siyasi gedişlərindən geri çəkildilər".