Seçkiləri izləmək üçün KİV-lərə bütün imkanlar yaradılıb

Azərbaycanda keçiriləcək parlament seçkilərinin gedişini izləmək üçün yerli və xarici kütləvi informasiya vasitələri üçün bütün imkanlar yaradılıb. Bu barədə Seçki-2015.az saytına Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib. O bildirib ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərini çoxlu sayda yerli və xarici jurnalistlər izləyəcək. "Jurnalistlər bu prosesdə heç bir məhdudiyyətlə qarşılaşmayacaqlar. Xüsusilə, yerli KİV-lər üçün heç bir məhdudiyyət yoxdur. Belə ki, yerli KİV-lərin nümayəndələri işlədiyi media orqanının vəsiqəsini təqdim etməklə istənilən seçki dairəsi və məntəqələrində səsvermənin gedişini izləyə, reportajlar hazırlaya bilərlər. Bütün bunlar seçkilərin azad, şəffaf və ədalətli keçirilməsinə xidmət edir",- deyə  Ş.Əsədli qeyd edib.    

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00