İlk dəfə səs verəcək gənclər seçki ilə bağlı maarifləndirildi!
30 Oktyabr 2015 12:39 Siyasət"Qadın və Gənc Ailələrin Sosial İnkişafı" İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Mənim seçimim - mənim gələcəyim!" layihəsi uğurla davam edir. Layihənin əsas məqsədi Azərbaycanda keçiriləcək növbəti parlament seçkiləri ilə bağlı gəncləri seçki hüququ barədə maarifləndirmək, onların seçki prosesində rollarını gücləndirməkdir.
Layihə qarşıdan gələn 1 noyabr - 2015 parlamentə keçiriləcək seçkilərdə gənclər arasında iştirakı artırmaq üçün seçkidə fəal seçici kimi olmaq proseslərini təkmilləşdirmə məqsədini daşıyır. Bu fəaliyyətlər Xəzər rayonunda dairə seçki komissiyası və yerli icra hakimiyyətləri qurumları ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00