Abşerona yeni prokuror təyin edildi
30 Oktyabr 2015 12:09 SiyasətAbşeron rayonuna yeni prokuror təyin olunub. Lent.az-ın Trend-ə istinadən məlumatına görə, baş prokuror Zakir Qaralovun əmri ilə İsmayıllı Rayon Prokuroru Rahib Seyidov tutduğu vəzifədən azad edilərək Abşeron rayonuna prokuror təyin olunub. Baş Prokuroluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov xəbəri təsdiqləyib.
Xatırladaq ki, bir müddət öncə Abşeron rayonu prokuroru işləmiş Qənimət Səfərov qulluqda olmanın yaş həddinə görə təqaüdə göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00