Müsavatın göstərdiyi səbəbləri ciddi qəbul etmək üçün əsas yoxdur

Əlabbas Məhərrəmli: “Bu partiya seçkilərdə labüd məğlubiyyətini seçkidən çıxmaqla sığortalamağı düşünür”

"Müsavatın göstərdiyi səbəbləri ciddi qəbul etmək üçün əsas yoxdur. Seçkilərə start veriləndə hansı şərait mövcud idisə, indi də vəziyyət eynidir". Bu fikirləri "OLAYLAR"-a müstəqil ekspert Əlabbas Məhərrəmli Müsavat Partiyasının parlament seçkilərində iştirakdan geri çəkilməsi qərarına münasibət bildirərkən səsləndirib. Bildirib ki, partiya neçə dairədən namizəd irəli sürübsə, onların bir hissəsi qeydə alınıblar və təbliğat kampaniyası aparırdılar: "Belə bir şəraitdə Müsavatın seçkidə iştirakını dayandırmaq haqqında qərar qəbul etməsi məntiqə sığan addım deyil. Əgər Müsavatı seçkidən çəkilməyə səbəb kimi göstərdiyi məqamlar reallığa uyğun idisə, o zaman niyə seçkidə iştirak haqqında qərar verirdilər? Bu, onu göstərir ki, Müsavatın həmin qərarı heç də açıqlanan "səbəblər"lə bağlı deyil. Fikrimcə, bu partiya özünün seçkilərdə labüd məğlubiyyətini görərək qaçılmaz uğursuzluğunu seçkidən çıxmaqla sığortalamağı düşünüb. Eyni zamanda, açıq görünür ki, Müsavat Milli Şuranın seçkilərə qatılmadığı şəraitdə özünün də "radikal" obrazını yaratmağa çalışaraq, müxalifət daxilində zəifləmiş mövqeyini bərpa etməyə cəhd göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00