Seçkilərə hazırlıq Qazaxıstan mətbuatında
30 Oktyabr 2015 11:43 SiyasətNoyabrın 1-də Azərbaycanda Milli Məclisə keçiriləcək seçkiləri izləyəcək qazaxıstanlı deputatlar artıq Bakıdadırlar. Secki-2015.az saytının xəbərinə görə, Qazaxıstan mətbuatı yazır ki, TürkPA müşahidə missiyasının tərkibində Bakıya gələn parlamentarilər arasında bu ölkənin deputatları- Serikcan Kanayev və Samiqolla Urazov da var. "Bnews.kz" saytı yazır ki, Qazaxıstan Məclisinin üzvləri MSK-da olublar. Onlar seçkilərlə bağlı son hazırlıq işləri ilə maraqlanıblar. Müşahidə missiyasının üzvlərinin siyasi partiya rəhbərləri, həmçinin Milli Məclis sədri ilə də görüşləri nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00