MSK-nın növbəti iclası keçirilib
30 Oktyabr 2015 11:39 SiyasətMəzahir Pənahovun sədrliyi ilə oktyabrın 29-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Secki-2015.az saytına verilən xəbərə görə, iclasda Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Vətəndaşların aktiv və passiv seçki hüquqlarının daha səmərəli təmin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada operativ şəkildə araşdırılaraq iclasa çıxarılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olunub. Beynəlxalq müşahidəçilərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.