Deputatımız Türkiyədə parlament seçkilərini izləyəcək
30 Oktyabr 2015 11:20 SiyasətMilli Məclisin deputatı Ayaz Orucov Türkiyə Böyük Millət Məclisinə keçiriləcək seçkiləri müşahidə etmək üçün Ankaraya səfər edib. Bu barədə MM-dən verilən məlumata görə, millət vəkili Türkdilli Ölkələrin Parlament Assambleyasının xətti ilə seçki prosesini izləyəcək. Deputatımız müşahidə missiyasının digər üzvləri ilə birlikdə bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişatına, seçicilərin fəallığına diqqət yetirəcək. Səfər noyabrın 2-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00