Azərbaycanın seçki sistemi demokratik əsaslarla formalaşıb

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri Maykl Linkin Azərbaycanda seçki sisteminin və seçki mühitinin qeyri-demokratik olması barədə fikirləri tamamilə əsassızdır. Bu təşkilatın ölkəmizdə keçiriləcək parlament seçkilərini izləmək üçün müşahidə missiyası göndərməməsi texniki məsələ ilə bağlı olsa da, Maykl Link bu məsələni siyasi amillərlə əlaqələndirməyə cəhd göstərir". Bu fikirləri Secki-2015.az saytına açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.

O bildirib ki, Azərbaycanın seçki sistemi tam demokratik əsaslarla formalaşıb. Onun sözlərinə görə, bu sistemin hüquqi bazasını Seçki Məcəlləsi təşkil edir.

"Başqa ölkələrin seçki sistemlərində yaş, əmlak senzi və digər məhdudiyyətlər var. O cümlədən, seçici siyahılarının hazırlanması, beynəlxalq müşahidə missiyalarının qəbul olunması baxımından  bəzi ölkələrdə vəziyyət fərqlidir. Bunlarla müqayisədə, Azərbaycanın seçki sistemi beynəlxalq hüquqi sənədlərə, standartlara uyğundur. Bu faktı müvafiq beynəlxalq təşkilatlar da təsdiq ediblər. Ona görə də, Maykl Linkin iddialarının əsası yoxdur", - Ə. Nuriyev vurğulayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00