Azərbaycana qarşı qərəz nümayiş etdirən təşkilatların kursu bəzi Qərb dairələrindən verilir

"Beynəlxalq təşkilatların fəaliyyəti bir-birindən fərqlənir. Təşkilatların hesabatlarının məlum vaxtı var. Yalnız ekstremal vəziyyətdə hesabatların vaxtı dəyişə bilər. Amma Azərbaycanı sevməyən bəzi təşkilatlar var ki, onlar ölkəmizdə keçiriləcək parlament  seçkiləri  ilə bağlı hesabatlarını indidən açıqlamağa başlayıblar". Bu fikirləri Secki-2015.az  saytına açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli deyib. Müşfiq Ələsgərli  ötən gün ABŞ-da keçirilən qərəzli tədbirə münasibət bildirərək deyib ki, məsələləri diqqətlə izləyəndə ortaya maraqlı nüanslar çıxır: "Əgər ciddi problem olsaydı, o zaman beynəlxalq jurnalist təşkilatları dinləmələrdə iştirakla deyil, bəyanatlarla çıxış edərdilər. Ancaq gördüyümüz kimi, müxtəlif tədbirlər vasitəsilə bunu etməyə çalışırlar. Orada iştirak edən qurumlara nəzər salsaq görərik ki, onların heç də hamısı jurnalist təşkilatları deyil. Daha dəqiq desək orada iştirak edənlər ABŞ-a bağlı olan qurumlardır. Azərbaycana qarşı qərəz nümayiş etdirən təşkilatların əksəriyyətinin kursu Amerika dairələrindən verilir".

M. Ələsgərlinin sözlərinə görə, ABŞ özlərinə lazım olan, sərf edən məsələləri gündəmə gətirməklə Azərbaycanda hansısa QHT təmsilçisinin, ya da jurnalistin mövqeyini yox, parlament seçkilərinin pozulmasını istəyir: "ABŞ-ın təsirində olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB) Azərbaycanda seçkiləri müşahidə etməməsinin arxasında ABŞ siyasi dairələrinin onlara verdiyi təlimatlar dayanır. Beləliklə, ortada ciddi faktlar olmadığına görə, onların bu addımları yersizdir. Əvvəlkilər kimi, bu qərarlar da iflasa uğrayacaq. Azərbaycan dövləti təmkinli, düzgün və demokratik addımları sayəsində bu qərəzləri fiaskoya uğradacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00