Heç bir cəhd Azərbaycan seçicisinin iradəsinə təsir etməyək

Hələ oktyabrın 5-də mətbuatda deputatlığa 1054 namizədin qeydiyyatdan keçməsi barədə informasiyaya rast gəlmişdim. Bu günlərdə isə mətbuatda parlament seçkilərində müşahidə üçün veb-kamera quraşdırılan seçki məntəqələri haqqında məlumatla tanış oldum. Mənbənin açıqladığı rəqəmlərə görə, 119 seçki dairəsi üzrə ümumilikdə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Təkcə bu iki fakt ölkəmizdəki növbəti seçkilərin şəffaf və ədalətli keçəcəyindən xəbər verir. Bu barədə Seçki-2015.az saytına açıqlamasında Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayev söyləyib.

O, bəzi xarici dairələrin Azərbaycandakı parlament seçkiləri barədə qərəzli bəyanatlarına da münasibət  bildirib. Qeyd edib ki, Azərbaycanın artan uğurları, güclənməsi, bölgənin aparıcı dövlətinə çevrilməsi, ölkə başçısı İlham Əliyevin qətiyyətli addımları  müəyyən xarici dairələri ciddi narahat edir. Baş direktor deyib: "Bu absurd cəhdlər təkcə xəstə təxəyyülün məhsulu deyil, həm də ölkəmizə qarşı aparılan düşünülmüş kampaniyanın elementləridir. Əlbəttə, bu məsələdə dünya erməniliyini də yaddan çıxarmaq olmaz. Lakin bütün bunların nə ölkədəki seçki əhval-ruhiyyəsinə, nə də seçicilərin iradəsinə təsir edəcəyini düşünmürəm. Azərbaycan vətəndaşları, seçiciləri yetərincə hazırlıqlı və məlumatlıdırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00