Müsavat son şansını da itirir

Seçkilərdən imtina partiyanın süqutunun göstəricisidir

Müsavat Pariyası yenə öz ampulasındadır. Xəyanətkar müxalifətçi mövqeyindən əl çəkmək niyyətində olmayan Müsavat parlament seçkilərində imtina barədə qərar qəbul edib. Əslində özünü radikal müxalifət adlandıran kəsimin ikibaşlı oyunda bulunması dəfələrlə təkrarlanıb. Bu da növbəti gedişlərdən biridir. Yaxın tariximiz dəfələrlə sübut edib ki, millətə və dövlətə xəyanətkar mövqedə duran siyasi təşkilatın ipinin üstünə odun yığmalı deyil. Yalnız şəxsi mənafelərini düşünən, öz maraqlarını millət və dövlətin maraqlarından üstün tutan siyasi əqidəyə malik insanlar həmişə millətə və dövlətə arxadan zərbə vurublar. Müsavatın da seçkinin hansısa mərhələsində xəyanətkar mövqe tutacağı gözlənilən idi. Heç bir halda inandırıcı deyil ki, MP-nın qərarında göstərdiyi səbəblər partiyanın seçkilərdə iştirakdan imtina üçün əsasdır. Təbii ki, belə bir qərarın verilməsində partiyadaxili intirğalar, şəxsi ambisiyalar xə xarici faktorlar öz sözünü deyib. Bir daha xatırladaq ki, Partiya Divanının oktyabrın 28-də keçirdiyi iclas zamanı bu qərara gəlinib və seçkiyə qatılan 25 partiya üzvünün də bu qərara hörmət edəcəyinə ümid bəslənib.

***

Əslində isə Müsavatın seçkini baykot barədə gətirdiyi səbəblər məsələnin əsil mahiyətini ortaya qoymuş olur. Belə ki, göstərilən əsaslardan birincisi guya "siyasi məhbusların həbsdən azad edilməməsidir". Maraqlıdır, əgər doğrudan da ölkədə siyasi məhbusun olması təsdiqlənibsə və onların azadlığa buraxılması təmin edilməyibsə, Müsavat seçkiyə getməzdən əvvəl bunu bilmirdi? Əgər bilərəkdən seçkilərə qatılıbsa, deməli, MP öz sözünü yox, xarici havadarlarının sözünü deyir. Onu da xatırladaq ki, Azərbaycanda siyasi məhbusun olmasını bir radikal müxalifət, bir də ölkəmizə qarşı qərəzli mövqeyi ilə tanınan bəzi beynəlxalq təşkilatlar iddia edirlər. Seçkidə iştirakdan intina üçün digər səbəb namizədlər üçün "bərabərhüquqlu təbliğat imkanlarının yaradılmadığı" göstərilir. Xatırladaq ki, Müsavat Partiyası ötən həftə Bakının Yasamal rayonunda, "İnşaatçılar" metrostansiyasının yanında, "Məhsul" stadionunda seçki mitinqi keçirib. Mitinq Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə baş tutub. Mitinq zamanı hüquq mühafizə orqanları içtimai asayişi təmin ediblər. Yəni, Müsavata seçki mitinqi keçirməsi üçün bütün lazımi şərait yaradılıb. Onu da xatırladaq ki, mitinq Müsavatın 15 saylı Yasamal seçki dairəsindən deputatlığa namizədi İsa Qəmbərin seçiciləri ilə görüşü adı ilə təşkil olunsa da partiyanın deputatlığa başqa namizədləri də iştirak ediblər. Deməli, Müsavatın bütün deputatlığa namizədləri üçün bərabərhüquqlu təbliğat imkanı yaradılıb. Ancaq heç kim günahkar deyil ki, MP-nin mitinqində olduqca az seçici iştirak edib. Başqa sözlə, Müsavat bu "kontrolni" mitinqi partiyanın sosial bazasını müəyyən etmək üçün indukator rolunu oynayıb. Nəhayət partiyaya rəhbərlik edən siyasilər dərk ediblər ki, bu elektoratla seçkiyə getmək tamamilə məhv olaraq sıradan çıxmağa bərabərdir. Axı, necə olsa da siyasi partiyanın gücünü seçkilər müəyyən edir. Müsavat Partiyasının seçkidən imtina səbəbləri sırasında sadə Azərbaycan vətəndaşlarını düşündürən bir məqam var ki, onu anlamaq üçün heç də siyasətçi olmağa ehtiyac yoxdur. Qərarda "ATƏT-in Müşahidə Missiyasının ölkəyə buraxılmadığı" seçkidə iştitakdan imtina üçün əsas kmi göstərilir. Necə düşünürsünüz, bu iddia antiAzərbaycan qüvvələrin, ölkəmizə qarşı qərəzli mövqeyi ilə çeçilən beynəlxalq təşkilatların Müsavata ötürdüyü "pas" deyilmi? Təsadüfi deyil ki, Müsavatın parlament seçkilərində iştirakını dayandırması bu partiyanın məğlubiyyətini önləmək cəhdi kimi qiymətləndirilir. Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət bildirib ki, hazırki şəraitdə Müsavatın bu addımına haqq qazandıra biləcək heç bir səbəb yoxdur: "Müsavat parlament seçkilərinə qatılmışdı və bu günə qədər onun seçkilərlə bağlı hansısa ciddi pozuntular olduğuna dair narazılığı da müşahidə edilmirdi. Belə bir vəziyyətdə bu partiyanın seçkidə iştirakını dayandırmaq qərarına gəlməsi təəccüb doğurur. Hesab edirəm ki, Müsavatın belə bir addım atmasına bu təşkilatın oktyabrın 25-də keçirdiyi mitinqin uğursuzluğu da təsir göstərib. Hər halda, yəqin ki, Müsavat rəhbərliyi həmin aksiyanı təhlil edərək, cəmiyyətin dəstəyini qazana bilmədiklərini başa düşüb və seçkidən çəkilməyi lazım bilib. Mən bunu doğru addım saymıram. Eyi zamanda , deməliyəm ki, Müsavatın bu qərarı seçki prosesinə hər hansı mənfi təsir göstərməyəcək". Deputat Aydın Mirzəzadə bildirib ki, Müsavat partiyasının seçkidən çəkilmə barədə qərarı bu partiyanın zəifliyinin, ümumilikdə siyasi həyatda rol oynamadığının göstəricisidir. A.Mirzəzadə vurğulayıb ki, siyasi partiyanın əsas işi hakimiyyət uğrunda fəaliyyətdə iştirak etməkdir: "Onlar isə öz siyasi fəaliyyətlərini yalnız qəzetlərə müsahibə verməkdə, siyasi iş görünüşü yaratmaqda görürlər. Bu qərar Müsavatın partiya olaraq cəmiyyətdən silinməsinin göstəricisidir". O, qeyd edib ki, hazırda bütün cəmiyyət seçkiyə köklənib və bir neçə gündən sonra baş tutacaq seçkilər nəticəsində qanunverici orqan rəqabətli bir proses nəticəsində formalaşacaq və vətandaşların maraqlarını təmsil edəcək.


Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00