Novella Cəfəroğlu: Hər bir siyasi partiyanın seçkilərdə iştirakı vacibdir
29 Oktyabr 2015 13:14 SiyasətHər bir siyasi partiyanın seçkilərdə iştirakı vacibdir. Secki-2015.az xəbər verir ki, bu fikirləri Dilarə Əliyeva adına qadın hüquqlarının müdafiəsi təşkilatının sədri, İnsan haqları üzrə birgə İşçi Qrupunun təmsilçisi Novella Cəfəroğlu seçkiqabağı mühiti qiymətləndirərkən deyib. İşçi qrupunun üzvünün dediyinə görə, müstəqil və hakim partiyadan olan namizədlərlə yanaşı, müxalifət üzvlərinin də seçkilərdə iştirakı zəruridir. Novella Сəfəroğlunun fikrincə, bəzi müxalifət partiyalarının öncə seçkilərə qatılmaq qərarı verməsi, sonradan isə həmin addımlarından geri çəkilməsi doğru deyil. O bildirib: "Əgər sən parlamentdə təmsil olunmaq istəyirsənsə, mütləq seçkilərə qatılmalı, siyasi mövqeyinin doğruluğunu sübut etməlisən. Ona görə də hesab edirəm ki, siyasi partiyaların da seçkilərdə iştirakı əhəmiyyətli məsələdir".