“Seçkilər” Media Mərkəzində mətbuat konfransı keçirilir
29 Oktyabr 2015 12:21 SiyasətAzərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi və seçki prosesində beynəlxalq təcrübəyə malik olan "Openion Way" Yenilikçi Araşdırma Şirkətinin "Seçkilər" Media Mərkəzində birgə mətbuat konfransı keçirilir. Secki-2015.az saytının xəbərinə görə, konfransda cəmiyyətin seçki prosesinə cəlb edilməsi və noyabrın 1-də keçiriləcək parlament seçkilərində aparılancaq "exit-poll" tədqiqatları barədə məlumat verilir. Hər 2 təşkilat 118 dairədə, 210 məntəqədə "exit-poll" tədqiqatı aparacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00