Rusiyalı jurnalistlər “Exit-poll" Tədqiqat Qərargahı”nda olublar
29 Oktyabr 2015 12:20 SiyasətAzərbaycanda işgüzar səfərdə olan Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsi "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin "Ambassador Hotel"də yerləşən "Exit-poll Tədqiqat Qərargahı"nda olublar. Mərkəzdən bildirilib ki, rusiyalı jurnalistlər qərargahla, eyni zamanda "exit-poll" tədqiqatına hazırlıq prosesi ilə tanış olublar. "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova rusiyalı jurnalistlərin "exit-poll" tədqiqatının keçirilmə mexanizmi, bu sahədə əldə edilən təcrübə, layihə çərçivəsində bu günə kimi görülən işlər və sair bu kimi məsələlərlə bağlı suallarını cavablandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00