Hərbi Əks-Kəşfiyyat İdarəsinin rəisi işdən çıxarıldı
29 Oktyabr 2015 08:56 SiyasətAzərbaycan Milli Təhlükəsizlik Nazirliyi Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Nizami Talış oğlu Şirinov nazirin vəzifələrini icra edən general-leytenant Mədət Quliyevin əmri ilə bu gün vəzifəsindən azad edilib.Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.Xatırladaq ki, Nizami Şirinov uzun illər ərzində MTN-də çalışıb. O, bu vəzifəyə təyin olunana qədər Prezident yanında Xüsusi İdarənin əməkdaşı olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00