Şəffaf və ədalətli seçkilər keçirmək üçün Azərbaycanın ciddi stimulu var
28 Oktyabr 2015 17:36 Siyasət"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri izləməkdən imtina etməsinə baxmayaraq, Azərbaycanda şəffaf və ədalətli seçkilər keçirmək üçün ciddi stimul var". Bunu Secki-2015.az saytına açıqlamasında Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitunun eksperti Stanislav Pritçin deyib. Noyabrın 1-də keçiriləcək seçkilərdə hər hansı intriqa gözləmədiyini deyən S.Pritçin bildirib ki, hazırda dominantlıq Yeni Azərbaycan Partiyasındadır və çox güman ki, bu seçkilər siyasi arenada güc balansını təsdiq etmiş olacaq: "Müxalifət isə birləşərək vəziyyəti öz xeyrinə dəyişə bilməyib". Pritçin deyib ki, seçkilərdən sonra ölkənin xarici siyasi kursunda hər hansı dəyişiklik gözləmir: "Əgər Qərb strukturları seçki prosesi və onun nəticələrilə bağlı tənqidləri davam etdirsə, o zaman qısamüddətli perspektivdə Azərbaycanın Rusiya və İran yönümlü xarici siyasət vektorunu daha da gücləndirəcəyini gözləmək olar".