İlqar Vəlizadə: “Partiyalar gənc elektorata daha çox maraq göstərir”

"Seçki kampaniyası dövründə həm namizədlər, həm də partiyalar arasında rəqabət müşahidə olunur". Seçki-2015.az sayt xəbər verir ki, azərbaycanlı politoloq, "Cənubi Qafqaz" Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadənin "Rossiyskaya qazeta"da dərc edilən məqaləsində belə deyilir. Bildirilir ki, builki seçkilərdə də gənclərin istər mandat uğrunda mübarizəsi, istərsə də sosial şəbəkələrdəki fəallığı xüsusi diqqət çəkir. Onun sözlərinə görə, əsas diqqətçəkən məqamlardan biri müxalifətin fəal gəncləri öz tərəflərinə çəkmək cəhdləridir. "Bu gün gənclərin güclü siyasi struktur və ya namizədlərə üstünlük verdiyi müşahidə olunur. Bu isə onların seçki prosesindəki rolunu artırır. Elə partiyaların gənc elektorata maraq göstərməsi, məhz gənc nəslin dəstəyini qazanmağa can atması da bununla bağlıdır. Bir çox partiyalar namizəd siyahısında  gənc kadrlara üstünlük verilməsini dilə gətirir. Amma praktikada yalnız Yeni Azərbaycan Partiyası bu istiqamətdə konkret addımlar atır", - deyə məqalədə vurğulanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00