MDB missiyasının müşahidəçiləri Azərbaycanda seçkiqabağı vəziyyəti öyrənməyə davam edəcəklər

MDB missiyasının müşahidəçiləri Azərbaycanda seçkiqabağı vəziyyətin öyrənilməsi üzrə görüşləri davam etdirəcəklər. Bunu Trend-ə MDB missiyasının mənzil-qərargahının rəhbəri Yevgeni Sloboda deyib. Onun sözlərinə görə, müşahidəçilər ölkənin bütün bölgələrində, eləcə də Naxçıvan Muxtar Respublikasında işləyəcəklər: "Müşahidə missiyasının üzvləri artıq Salyan və Neftçala rayonlarında olublar". Y.Sloboda qeyd edib ki, MDB-dən olan müşahidəçilərin Baş Prokurorluq və Ali Məhkəmədə görüşləri planlaşdırılır: "Görüşlərdə seçki qanunvericiliyinin mümkün pozuntuları barədə şikayət və ərizələrin baxılması məsələsi müzakirə ediləcək. Oktyabrın 30-dək MDB-dən cəmi 147 müşahidəçi gələcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00