ARGTMŞ Mərkəzi Seçki Komissiyasına məlumat turu təşkil edib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Mərkəzi Seçki Komissiyasına (MSK) məlumat turu təşkil edilib. "OLAYLAR"-a daxil olan məlumata görə, məlumat turu ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və fəallarının iştirakı ilə baş tutub. Tur zamanı iştirakçılara rəhbərlik tərəfindən müstəqil Azərbaycan dövlətinin vacib qurumlarından olan Mərkəzi Seçki Komissiyasının yaranma tarixi, görülmüş işlər və perspektiv planlar haqqında ətraflı məlumat verilib. Daha sonra müxtəlif növ seçki və referendumların hazırlanması və keçirilməsi, seçki bülletenləri, seçici siyahıları, səsvermə protokolları və referendum sənədlərinin tərtib edilməsi qaydalarından danışılıb. Məlumat turunda gənclər MSK-nın özünü idarəetmə orqanları ilə birlikdə vahid seçici siyahısının tərtib edilməsi və aparılması sisteminin təşkili, seçki və referendumlar zamanı səsvermənin nəticələrinin müəyyən edilməsi, seçicilərin hüquqi maarifləndirilməsi, seçki komissiyaları üzvlərinin peşə hazırlığı ilə əlaqədar təlimlərin təşkili barədə müvafiq informasiyalar təqdim olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00