İlham Əliyev Səttar Mehbalıyevi “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etdi
28 Oktyabr 2015 14:57 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səttar Mehbalıyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Trend-in məlumatına görə, sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında həmkarlar hərəkatının inkişafında səmərəli fəaliyyətinə görə Səttar Suliddin oğlu Mehbalıyev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00