Ermənilər vahiməyə düşdü: “Rusiya və Azərbaycan razılığa gəliblər”

Ermənistan hakimiyyəti və cəmiyyəti Rusiya və Azərbaycanın yaxınlaşmasını dəhşətlə izləyir

Azadinform xəbər verir ki, erməni mətbuatında bununla bağlı həyəcan təbili çalınır. "Lragir" erməni nəşri yazır ki, Azərbaycan və Rusiya arasında sürətli yaxınlaşma və  əlaqələrin möhkəmləndirilməsi Ermənistanı daha dərin quyuya salacaq.

"Rusiya-Azərbaycan bağlarının möhkəmlənməsinin əlamətləri artıq var - Rusiya gözlənilmədən Azərbaycanın  da daxil olduğu MDB-ni aktivləşdirdi, faktiki olaraq, KTMT və AİB çərçivəsini genişləndirdi. Putin MDB-nin hava sərhədlərinin birgə mühafizəsi barədə bəyan edib, Əliyev isə MDB-də milli valyutalarla hesablaşmaya keçməyə çağırıb.

Növbəti addım Azərbaycanda seçkilərdən sonra rəsmi Bakının rəsmi razılığı ilə Rusiya qoşunlarının Qarabağda yerləşdirilməsi ola bilər. Şübhə yoxdur ki, Putin buna qarantiya vermişdir- nəşr yazır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00