“Seçkilər Azərbaycan qanunvericiliyinə uyğun keçiriləcək”

Noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyəcək Rusiya Federasiyasının müşahidə missiyasının üzvü politoloq, hüquq müdafiəçisi Georgi Fyodorov gözləntiləri ilə bağlı Seçki-2015.az saytına qısa açıqlama verib. Noyabrın 1-də Azərbaycana gələcəyini deyən politoloq Azərbaycandakı seçkilərin normal keçiriləcəyi haqda gözləntilərinin olduğunu qeyd edib.   "Hesab edirəm ki, seçkilər Azərbaycanın qanunvericiliyinə uyğun keçiriləcək. Lakin hər şeyi öz gözlərimlə gördükdən sonra daha ətraflı münasibət bildirəcəm", - deyə G. Fyodorov diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00