“Seçkilər” Media Mərkəzinin fəaliyyəti Rusiya və MDB ölkələrinin mətbuatında
28 Oktyabr 2015 14:28 SiyasətNoyabrın 1-də keçiriləcək parlament seçkilərini işıqlandırmaq üçün ölkəmizə gələn Rusiya və MDB ölkələrindən olan KİV nümayəndələri "Seçkilər" Media Mərəzində olublar. Seçki-2015.az-n Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, Mərkəzin fəaliyyətilə tanış olan jurnalistlər onları maraqlandıran suallara cavab alıblar. "Seçkilər" Media Mərkəzinin rəhbəri Vüqar Xəlilov bildirib ki, yeni yaradılan mərkəz müstəqil fəaliyyət göstərir. Əsas məqsəd seçkilərlə bağlı xəbərlərin və şərhlərin monitorinqini aparmaqdır. Mərkəzin veb-saytı - Secki-2015.az azərbaycan və ingilis dillərində fəaliyyət göstərir. Xarici KİV-lərin Azərbaycandakı seçkilərə böyük maraq göstərdiyini deyən V. Xəlilov qərb mətbuatının qərəzli yanaşması ilə bağlı sualı da cavablandırıb. "Bizim monitorinqlərimiz göstərir ki, xarici KİV-lər seçkilərə böyük diqqət göstərir. MDB ölkələrinin mediası neytral mövqe sərgiləyir. Qərb mətbuatı isə tənqidi materiallar dərc etməklə Azərbaycana qarşı təzyiq göstərməyə çalışır. Amma bunların heç bir nəticəsi və ya seçkilərə təsiri olmayacaq", -deyə mərkəz rəhbəri qeyd edib.