İqor Popov: "Dağlıq Qarabağdakı görüşlərdə Azərbaycan və erməni icmalarının görüşünün mümkünlüyünü müzakirə etdik"

"Təmas xəttində vəziyyətin kəskinləşməsi və ağır texnikadan istifadə edilməsi bizim üçün qəbuledilməzdir". APA-nın "news.am"a istinadən verdiyi məlumata görə, bu sözləri ATƏT-in Mİnsk qrupunun rusiyalı həmsədri İqor Popov Dağlıq Qarabağda verdiyi açıqlamada deyib. O bu məsələnin Dağlıq Qarabağda keçirdikləri görüşlərdə müzakirə etdiyi bildirib. İ. Popov qeyd edib ki, Dağlıq Qarabağdakı görüşlərdə həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin təşkili, humanitar məsələlər müzakirə edilib: "Bu kontekstdə Azərbaycan və erməni icmalarının nümayəndələrinin görüşünün mümkünlüyü barədə də danışdıq". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00