Azərbaycandakı seçki prosesi Rusiya mətbuatında

"Seçkilər" Media Mərkəzi- Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkiləri bir çox ölkələrin mediası tərəfindən diqqətlə izlənilir. Secki-2015.az saytı xəbər verir ki, ölkəmizdə keçiriləcək siyasi proses Rusiyanın tanınmış TASS və "Ria Novosti", "Rosbalt" agentlikləri, "Arqumenti fakt", "Novaya vremya" nəşrləri, o cümlədən, "Lenta.ru" və "Vestnik kavkaza" kimi xəbər portallarında işıqlandırılır və seçkilərlə bağlı məlumatlar yayılır.

Məlumatlarda noyabrın 1-də keçiriləcək parlament seçkilərinə 500-ə yaxın beynəlxalq müşahidəçinin gələcəyi, təbliğat-təşviqat kampaniyasının şəffaf şəkildə davam etdiyi, seçkilərə hazırlığın yüksək səviyyədə aparıldığı qeyd olunur.
Rusiya KİV-lərində, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə etməkdən imtina etməsi məsələsi də sərt şəkildə tənqid edilir, bu hal Azərbaycana qarşı qərəz kimi qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00