“Azərbaycan regionda əsas fiqurdur”

"Seçkilər" Media Mərkəzi - "Azərbaycan Cənubi Qafqaz regionunda əsas fiqurdur. Fikrimcə, Azərbaycanla Avstriya arasında əlaqələr çox yüksək səviyyədədir". Secki-2015.az-ın xəbərinə görə, bunu Avstriyanın keçmiş federal kansleri Volfqanq Şüssel "Vestnik Kavkaza" saytına müsahibəsində bildirib. Siyasətçinin sözlərinə görə, hər 2 ölkə arasında sıx iqtisadi əlaqələr var: Azərbaycan Avropa ilə əməkdaşlıq edir və Avropa İttifaqının Qafqazda ən vacib iqtisadi tərəfdaşıdır. Çünki Azərbaycanın iqtisadiyyatı daim inkişaf edir. Fransanın keçmiş baş naziri Dominik Vilpen isə Azərbaycanla Fransa arasında siyasi-iqtisadi əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. Almaniyanın Rusiya Federasiyasındakı sabiq səfiri Hans Fridrix fon Plets bir neçə dəfə Azərbaycanda olduğunu bildirib və qeyd edib ki, onun ölkəsinin regionun bütün dövlətləri ilə aktiv iqtisadi əlaqələri var.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00