Yuriy Yermakova Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib

Prezident İlham Əliyev Yuriy Yermakova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycanda kimya sənayesinin inkişafında xidmətlərinə görə Yuriy Vladimiroviç Yermakova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00